18:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın kollektivi Nəbatat bağında olublar.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Sərəncamın icrasına uyğun olaraq, oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi Nəbatat bağında olublar.
 
 
Bağla tanışlıq zamanı məlumat verilmişdir ki, bura canlı yaşıl muzey olmaqla yanaşı, həm də nadir və faydalı bitkilərin genofondunun qorunub saxlanılması və mühafizəsi baxımından əvəzsiz rola malikdir. Burada təkcə yerli deyil, dünyanın bir çox ölkələrində yetişən bitki növləri də nümayiş olunur.
Bundan başqa yaşıl muzeydə dərman bitkilərinin əkilib becərilməsi və onların artırılması işləri də aparılır. Canlı təbiət muzeyində gülçülük, tingiçilik, meyvə genefondu bağı, nadir bitkilər kolleksiyası, nadir üzüm sortlarının genefondu bağı üçün də sahələr ayrılıb. Bağda meyvə tingləri calaq edilərək müxtəlif təşkilatlara, fermer təsərrüfatlarına paylanılır.
Bağın ultraseratipli istixanasında müxtəlif iqlim qurşaqlarına aid flora növləri Ombudsmanın kollektivini daha çox maraqlandırmışdır.
 
29.10.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).