14:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Həyata keçirilən başçəkmələr oktyabr ayı ərzində də davam etdirilmişdir.
 
Müvəkkilin preventiv mexanizm funksiyasının icrası 2018-ci ilin oktyabr ayı ərzində də təmin edilmişdir. Belə ki, təsdiq edilən başçəkmələr cədvəlinə uyğun olaraq, Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad, Culfa, Babək, Sədərək, Şərur və Kəngərli rayon polis şöbələrində, Şərur rayon polis şöbəsinin İbadulla və Şərur Dəmiryol Nəqliyyatının polis bölmələrində, o cümlədən Culfa Dəmiryol Nəqliyyatının polis bölməsində, həmçinin, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta internat məktəbində əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu əsasında təşkil edilmiş başçəkmələr zamanı saxlanma şəraiti, o cümlədən rəftar məsələləri araşdırılmış, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
31.10.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).