2:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı inşa olunur.
 
Coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, müasir inkişafı və turizm potensialı Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatına olan təlabatı artırır, mülkü aviasiya sahəsində müasir infrastruktur yaradılır. Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası da bu sahədə görülən işlərin davamıdır.
Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında aparılan tikinti işləri ilə maraqlanmışlar. 
Məlumat verilmişdir ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Hazırda ərazidə torpaq işləri görülür. Tikinti işləri aparılarkən texniki tələblərə tam əməl olunur. Ərazidə yağış və qrunt sularının axıdılması üçün drenaj və kollektorlar qazılmışdır. Hazırda uçuş-enmə zolağının torpaq qatı bərkidilir, mühəndis-kommunikasiya xətləri çəkilir, yanğın nəzarət qülləsi inşa olunur. Müasir tələblər səviyyəsində tikilən uçuş-enmə zolağına keyfiyyətli asfalt-beton örtük salınacaqdır. 
 
 
 
Yeni uçuş-enmə zolağı istifadəyə verildikdən sonra Naxçıvan Beynəlxalq Hava Limanında yük və sərnişin dövriyyəsinin həcmi artacaqdır. 
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması, eləcə də aviasiya təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
 
  
 
03.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).