9:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər verilmişdir.
 
Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir.
Noyabrın 2-də Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim olunmuşdur.
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxmışlar. 
 
 
 
 
 
 
Qeyd olunmuşdur ki, Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilmiş, hava limanına 25 adda 30 yeni texnika və avtomobil alınmışdır. "Skymark" markalı yanacaqvuran, "Man" markalı yanacaqdaşıyan və yanğınsöndürən, "Mercedes" markalı xüsusi təyinatlı qartəmizləyənlər, "Schmidt" markalı yolsüpürən, "Trepel" markalı yükləyici maşınlar, təyyarə yedəkləri, yüksəldici platforma, "Trepel" markalı təyyarəçəkən, "Sherpa" markalı 4 tonluq baqajçəkmə traktorları, yükqaldıran maşınlar və digər mexanizmlər yüksək texniki göstəricilərə malikdirlər. "Mercedes Sprinter" markalı 2 mikroavtobus, "Fiat Doblo", "Nazlifan" və "Mitsubishi" markalı minik avtomobilləri də işçi heyətin rahat hərəkətini təmin edəcəkdir. 
Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.
 
  03.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).