22:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın sual-cavab başlığı altında növbəti hüquqi maarifləndirici yazısı "Şərq qapısı" qəzetində dərc olunub. 
 
Sual: Hansı işçilərə əmək məzuniyyəti onlar üçün əlverişli olan vaxtda verilə bilər? 
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 133-cü maddəsinin 3-cü hissəsinə əsasən 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə), əlillərə, müharibə veteranlarına, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı on səkkizdən aşağı olan işçilərə, işləməklə yanaşı, təhsil alan şəxslərə, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək məzuniyyəti onlar üçün əlverişli olan vaxtda verilə bilər. 
Həmçinin müəssisədə işlədiyi müddətdən asılı olmayaraq, işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. 
 
07.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).