19:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mehmet Emin Kiraz Ombudsman təsisatında olmuşdur.
 
Noyabrın 13-də Ombudsman təsisatında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayaramova və Türkiyə Respublikasının muxtar respublikamızdakı baş konsulu Mehmet Emin Kiraz arasında görüş olmuşdur.
Tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil Ülkər Bayramova muxtar respublikada müstəqil Ombudsman təsisatının yaradılması, mandatı, əsas fəaliyyət istiqamətləri, müxtəlif əhali qruplarının müdafiəsi, hüquqi maarifləndirmə, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında qonağa ətraflı məlumat vermişdir. 
Baş konsul Mehmet Emin Kiraz ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının rolunu qeyd etmiş, mövcud əlaqələrin daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini vurğulamışdır.
Baş konsul Mehmet Emin Kiraz muxtar respublikada görülən işləri, o cümlədən, insan hüquqları sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, səmimi qəbul və maraqlı fikir mübadiləsinə görə Müvəkkilə təşəkkürünü bildirmişdir.
Görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunmuşdur.
 
13.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).