10:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Noyabrın 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Ombudsmanın əməkdaşları Vahidə Bayramova və Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin əməkdaşları iştirak etmişdir.
Vahidə Bayramova tədbirdə "Sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı" mövzusunda çıxış edərək qeyd etmişdir ki, uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının təmin edilməsi, onların dolğun inkişafı, qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikası dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası tərəfindən uşaqların sağlamlıq imkanları məhdudluğunu doğuran səbəblərin aradan qaldırmasına, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün sağlamlıq imkanları məhdud uşaqların bütün başqa uşaqlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat vermək məqsədi ilə bu sahədə xeyli sayda qanunlar və qanunqüvvəli aktlar qəbul olunmuşdur.
Səhhətində fiziki, yaxud əqli inkişafında hər hansı pozulma riski və ya halı olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, hüquqi, sosial və digər yardım göstərilir. Bu cür yardımın metodları, forması, həcmi və müddəti Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilir. Fərdi Reabilitasiya Proqramı əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə tərtib olunur və əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir.
Ombudsmanın nümayəndəsi əlavə olaraq vurğulamışdır ki, müasir dövrdə sosial-iqtisadi inkişafa və mədəni tərəqqiyə nail olan Naxçıvan Muxtar Respublikasında da sağlamlıq imkanları məhdud uşaqların müasir bilik və vərdişlərə yiyələnməsi, cəmiyyətə inteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı və "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı" təsdiq edilməsi haqqında 2016-cı il 11 yanvar tarixli Sərəncamı mühüm əhəmiyyətə malikdir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
    14.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).