18:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın növbəti hüquqi maarifləndirici yazısı "Oğuz yurdu" qəzetində dərc olunub.
 
Sual: Yetkinlik yaşına çatmayan uşaqların üzərinə qəyyumluq və himayəçilik hansı hallarda təyin edilir? 
Cavab: Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan uşaqların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynlər məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə, valideynlər uşaqlarını tərbiyə etməkdən və ya onların hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda, həmin uşaqların üzərində qəyyumluq və himayəçilik təyin edilir.
On dörd yaşınadək olan uşağın üzərinə qəyyum təyin edilir. Qəyyum qəyyumluqda olan uşağın qanun üzrə nümayəndəsi sayılır və onun adından və onun mənafeləri üçün bütün zəruri əqdləri bağlayır.
On dörd yaşından on səkkiz yaşınadək olan uşağın üzərində himayəçi təyin edilir. Himayəçi himayəçilikdə olan uşağa öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə köməklik göstərir, onun müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verir. Həmçinin, himayəçi himayədə olan uşağı üçüncü şəxslərin sui-istifadəsindən qoruyur. 
 
  16.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).