7:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.
 
Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşmüşdür.
 
 
 
Ali Məclisin Sədri Türkiyə Böyük Millət Məclisinə deputat və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbər seçilməsi münasibətilə Şamil Ayrımı təbrik etmiş, bu seçimin Azərbaycan-Türkiyə əlaqələri üçün faydalı olacağını bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrin tarixinə nəzər salan Ali Məclisin Sədri Şamil Ayrımın bu sahədəki xidmətlərini xatırladaraq ona təşəkkür etmişdir.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Şamil Ayrım əvvəllər Naxçıvanda olduğunu bildirmiş, ötən dövrdə muxtar respublikanın sürətlə inkişaf etdiyindən danışmışdır. Qonaq ölkələrimiz arasındakı ikitərəfli münasibətləri diqqətə çatdırmış, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bu baxımdan əhəmiyyətini vurğulamışdır.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişdir.
 
19/11/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).