9:01 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın növbəti hüquqi maarifləndirici yazısı "Şərq qapısı" qəzetində dərc olunub.
 
Sual: Əmək məzuniyyətlərinin verilməsində növbəlilik necə tənzimlənir? 
 
Cavab: Əmək məzuniyyətinin verilməsində növbəliliyin müəyyən edilməsi hər bir müəssisə, idarə və təşkilatda istehsalın, xidmətin və işin normal gedişinin təmin olunması, işçilərin istirahət hüququnun təminatlarından biri olan məzuniyyətdən daha məqsədyönlü və səmərəli istifadə edilməsi və məzuniyyətlərin dəqiq uçotunun aparılması məqsədi daşıyır. 
İşçilərə əmək məzuniyyətinin verilməsi növbəliliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 133-cü maddəsi ilə tənzimlənir. 
Qeyd olunan maddəyə əsasən istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. 
Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. 
 
24/11/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).