13:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Kəngərli rayon polis şöbəsində tədbir keçirilib.
 
Noyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Kəngərli rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev və İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məşdi Babazadə və Kəngərli rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məşdi Babazadə giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev çıxış edərək bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sisteminin sosial-iqtisadi məsələlərin həllinə, əmək hüquqlarının qorunmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, o cümlədən, sosial ədalətin, ictimai birliyin və sabitliyin təmin edilməsinə yönəlmiş dövlət siyasətinin əsas elementlərindən biri olduğunu bildirmişdir. 
İşsizlikdən sığorta sisteminin əsas məqsədi işsiz vətəndaşın uzun müddət sığorta ödənişi alması deyil, işsizin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsi və ona əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsidir.
A.Orucəliyev İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunun tələbləri barədə tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən, işsizlikdən sığortanın subyektləri (sığortaçı, sığortaolunanlar və sığortaedənlər) arasındakı münasibətləri tənzimləyən İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunu 2018-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qanunun tələbinə görə sığorta ödənişini almaq hüququ yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara şamil edilir.
Daha sonra məruzəçi İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunun digər tələbləri barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
     27/11/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).