13:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Noyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Abil Orucəliyev və İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məşdi Babazadə və Müvəqqəti Saxlama Yerinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məşdi Babazadə giriş sözü ilə çıxış edərək polis əməkdaşlarının insan hüquqlarının mühafizəsi sahəsində hüquq və vəzifələri barəsində məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri barədə məlumat verərək qeyd etmişdir ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsədin cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarət olduğunu diqqətə çatdıran Ombudsmanın nümayəndəsi çıxışında bildirmişdir ki, cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir.
Məruzəçi daha sonra bildirdi ki, bununla yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan əlavə, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tutulmuş və ya həbs edilmiş şəxsin digər hüquqları, həbs yerlərinin müdiriyyətinin vəzifələri barəsində, o cümlədən həbs yerinə gətirilən şəxslərin tibbi müayinədən keçirilməsi ilə bağlı geniş məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
27.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).