12:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın növbəti hüquqi maarifləndirici yazısı "Şərqin səhəri" qəzetində dərc olunub.
 
Sual: Xüsusi təyinatlı mənzil fondu nədir? 
Cavab: Xüsusi təyinatlı mənzil fondu dedikdə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: 
Xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri.
Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 
 
   29/11/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).