4:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Amerikanın Müvəqqəti İşlər Vəkilinin Ombudsman təsisatında görüşü.
 
29 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayaramova ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Uilyam Qil arasında görüş keçirilmişdir.
Müvəkkil Ülkər Bayramova muxtar respublikada müstəqil Ombudsman təsisatının yaradılması, mandatı, əsas fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə, beynəlxalq əməkdaşlıq əlaqələri, həmçinin əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, xüsusən də məhdud fiziki imkanlı şəxslərin hüquqlarının daha səmərəli təmin olunması və müdafiəsi, habelə onların təhsili, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər haqqında qonağa ətraflı məlumat vermişdir. 
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin Müvəqqəti İşlər Vəkili Uilyam Qil muxtar respublikada görülən işləri, məhdud fiziki imkanlı şəxslərin hüquqi təminatları, o cümlədən, insan hüquqları sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, səmimi qəbul və maraqlı fikir mübadiləsinə görə Müvəkkilə təşəkkürünü bildirmişdir.
Görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunmuşdur.
 
     30.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).