15:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Noyabr ayında bir sıra başçəkmələr həyata keçirilmişdir.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa uyğun olaraq Müvəkkil işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda başçəkmələr həyata çəkirir.
Başçəkmələr cədvəlinə uyğun olaraq cari ilin noyabr ayı ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad, Culfa rayon və Hava Nəqliyyatında polis şöbələrində, Ordubad rayon polis şöbəsinin Biləv polis bölməsində, həmçinin, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta internat məktəbində və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələr zamanı saxlanma və ya müalicə alma şəraiti, o cümlədən rəftar məsələləri araşdırılmış, saxlanılan və ya müalicə alan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
30.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).