17:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə. 
 
İcazə verin diqqətinizə çatdıraq ki, Caspian European Clubun dəstəyilə fəaliyyət göstərən Caspian Energy İnternational Media Group Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb. Reytinq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən regionların sosial siyasətinin və iqtisadi islahatların nəticələrini əks etdirir.
Ən yüksək ümumi bal toplayan "Naxçıvan Muxtar Respublikası" regionlar arasında lider olub. Caspian European Club dünyanın 70-dən çox ölkəsindəki üzvləri, həmçinin beynəlxalq Caspian Energy Jurnalının oxucuları adından Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edir və dünyanın 70-dən çox ölkəsində yayılan beynəlxalq Caspian Energy Jurnalının xüsusi buraxılışının ölkə iqtisadiyyatının flaqmanı hesab olunan Naxçıvanın iqtisadi inkişafına həsr olunmasını təklif etmək istəyirik.
Jurnalın sözügedən xüsusi buraxılışında Sizin eksklüziv müsahibənizi, həmçinin Naxçıvan Muxtar Respublikasının müəssisə, zavod və biznes qurumlarının, onun beynəlxalq partnyorlarının reklam məlumatlarını yerləşdirməyi təklif edirik ki, bu da öz növbəsində Azərbaycanın və iqtisadi inkişaf sahəsində regionlar arasında lider seçilmiş Naxçıvanın iqtisadiyyatının investisiya cazibədarlığını nümayiş etdirmək imkanı yaradacaq.
Reytinqdə Azərbaycanın 10 iqtisadi regionu - Abşeron iqtisadi rayonu, Gəncə-Qazax iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Lənkəran iqtisadi rayonu, Quba-Xaçmaz iqtisadi rayonu, Aran iqtisadi rayonu, Yuxarı Qarabağ iqtisadi rayonu, Kəlbəcər-Laçın iqtisadi rayonu, Dağlıq Şirvan iqtisadi rayonu və Naxçıvan iqtisadi rayonu qiymətləndirilib. Regionlar 18 parametr üzrə 6 qrupa (sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı) bölünməklə sıralanıb.
Caspian Energy Jurnalının Naxçıvan Muxtar Respublikasına həsr olunmuş xüsusi buraxılışı dünyanın 70-dən çox ölkəsində dövlət və hökumət başçılarına, mötəbər ­beynəlxalq təşkilatların rəhbərlərinə, nəhəng neft-qaz şirkətlərinin top-menecerlərinə, MDB və Aİ ölkələrində keçirilən xüsusi sərgi və konfranslarda yayımlanacaqdır.
Caspian Energy Jurnalı Caspian European Club-un dəstəyi ilə fəaliyyət göstərir. Caspian European Clubun yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
Hörmətlə,
 
Telman Əliyev 
Caspian European Club-un və Caspian Energy İnvestment Group-un Sədrinin  birinci müavini və Baş icraçı direktoru
      07/12/2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).