10:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində və Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində keçirilmiş növbəti hüquqi maarifləndirmə tədbirlərində 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü qeyd edilmişdir. Beləki, 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov və aid müəssisələrin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə həyata keçirilmiş tədbirlərin rolundan danışmışdır.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova çıxış edərək qeyd etmişdir ki, beynəlxalq insan hüquqları gününün qeyd edilməsində əsas məqsəd dünya dövlətlərinin, xalqların və millətlərin diqqətinin, bəşəriyyətin inkişafının əsas şərti olan insan hüquqları, onun müdafiəsi, insan hüquqlarına hörmət və dəstəklənməsinə, o cümlədən bu ideyanın daha geniş təbliğ edilməsinə cəlb etmək və bu istiqamətdə bütün səyləri birləşdirərək, beynəlxalq əməkdaşlığa nail olmaqdır. 
Qeyd olunmuşdur ki, Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada böyük bir fəsil məhz insan hüquqlarına həsr edilmişdir. Konstitusiyanın müddəalarından irəli gələn, insan hüquq və azadlıqlarını əsas meyar kimi özündə əks etdirən qanunlar qəbul edilmiş, onların tətbiqi üçün təşkilati işlər görülmüş, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən hüquq islahatları dövlətçiliyimizin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır.
V. Bayramova çıxışında bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmiş, 2006-cı ildə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 2011-ci ildə isə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunmuşdur.
Vurğulanmışdır ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında da insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mühüm islahatlar həyata keçirilmiş, insan hüquqlarının müdafiəsi mexanizmləri daha da təkmilləşdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən imzalanmış sənədlər və qəbul olunmuş dövlət proqramları insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və müdafiəsinə şərait yaratmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
10.12.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).