2:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın növbəti hüquqi maarifləndirici yazısı "Yeni həyat" qəzetində dərc olunub. 
 
Sual : Hansı hallarda və müddətdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır?
Cavab: Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, iki halda vərəsə mirası qəbul etmiş sayılır.
Birinci halda vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsi haqqında ərizə yazılı formada olmalıdır.
İkinci halda isə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlamasını sübut edən əsaslardır: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışları və ya bu ödənişlər barədə qəbzlər və digər sənədlər.
Vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda da mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır.
Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı ay müddət ərzində mirası qəbul etmədikdə, məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa həmin müddəti uzada bilər.
 
13.12.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).