18:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb.
 
Dekabırın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonaqları salamlayaraq deyib ki, Naxçıvan islam və türk dünyasının mərkəzində yerləşir. "Qurani-Kərim"də adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı, eyni zamanda Nuh peyğəmbərin məzarı Naxçıvandadır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxı seçilməsini, İslam Mədəniyyətinin Paytaxı və TÜRKSOY-un tədbirlərinin birgə keçirilməsini yüksək dəyərləndirən Ali Məclisin Sədri demişdir ki, ötən dövrdə muxtar respublikada türk-islam abidələri bərpa olunmuşdur. 
 
 
Ali Məclisin Sədri Naxçıvanda Türk Universitetinin yaradılması, eləcə də müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafı sahəsində potensialın olduğunu bildirmişdir.
Amina Əl-Həcri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin salamlarını Ali Məclisin Sədrinə çatdıraraq demişdir ki, İslam Mədəniyyətinin Paytaxtları tədbirinin əsas məqsədi tarixi-mədəni abidələrə yeni baxış, onların bərpası və tanıdılmasıdır. Zəngin tarixi-mədəni irsə malik olan Naxçıvanda bu istiqamətdə mühüm işlər görülüb. Naxçıvan şəhərinin qədim tarixi ilə yanaşı, müasir inkişafı və təmizliyi də məmnunluq doğurur. 
TÜRSOY-un Baş katibi Düsen Kaseinovun salamlarını Ali Məclisin Sədrinə çatdıran Fırat Purtaş deyib ki, 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi və əməkdaşlığın inkişafı sahəsində qəbul edilmiş qərarlar bu gün uğurla reallaşdırılır. Naxçıvan bu işə öz töhfəsini verir. Bu gün Naxçıvan şəhərində yüksək səviyyədə keçirilən "Türküstandan Anadoluya irfan məktəbinin alimləri"-nin 2-ci konfransı da bu tədbirlərin davamıdır. Həmçinin Fırat Purtaş vurğulayıb ki, TÜRKSOY və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 3 illik əməkdaşlıq protokolu imzalanıb. Naxçıvan TÜRKSOY və İSESKO arasında, o cümlədən İslam Mədəniyyəti Paytaxtları ilə Türk Dünyasının Mədəniyyət Paytaxtları arasındakı əlaqələrin qurulması və inkişafı baxımından mərkəz rolunu oynayır. 
Fırat Purtaş türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Ali Məclisin SədrinəTÜRKSOY-un "25-ci il Xatirə Medalı"nı təqdim etmişdir.
 
 
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" tədbirlərinin dünyada və ölkəmizdə böyük maraqla qarşılandığını bildirmiş, yaradılan şəraiti və göstərilən dəstəyi yüksək dəyərləndirmiş, Ali Məclisin Sədrinə xatirə rəsmi hədiyə etmişdir. 
 
 
Ali Məclisin Sədri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və TÜRSOY-un Baş katibi Düsen Kaseinovun salamlarına görə təşəkkürünü bildirmiş, onun da salamlarını İSESKO-nun Baş direktoru və TÜRKSOY-un Baş katibinə çatdırmağı xahiş etmişdir.
 
                    17/12/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).