19:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
 
Dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Ombudsman təsisatının əməkdaşı Mətin Quluzadə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Rəhman Misirli və hərbi hissənin çavuş, əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Rəhman Misirli açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulamış, hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırmışdır. 
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə çıxış edərək hərbi əmlakı zədələmə, xarab etmə və ya məhv etməyə görə cinayət məsuliyyəti barədə danışmışdır. 
M. Quluzadə diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348-ci maddəsinə əsasən çağırış və ya müqavilə üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etməsi hərbi xidmət əleyhinə olan cinayət hesab olunur.
Qeyd olunmuşdur ki, hərbi qulluqçuların dövlətə vurduqları ziyanla bağlı məsələlər əlavə olaraq Azərbaycan Respublikasının 10 yanvar 1995-ci il tarixli 947 saylı qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə" ilə tənzimlənir. Bu Əsasnamədə hərbi qulluqçuların əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqları halda maddi məsuliyyət daşımaları qeyd olunmuşdur.
Məruzəçi "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə" barədə məlumat verərək qeyd etmişdir ki, bu Əsasnamənin 3-cü bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam və yaxud cinayət məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilir. Dövlətə ziyan vurmuş şəxs cinayət məsuliyyətinə cəlb edildiyi halda komandir (rəis) bu şəxsə ödənilməmiş ziyanın bütün miqdarı həcmində mülki iddia verməlidir.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda mövzuya dair tədbir iştirakçılarını maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
       17.12.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).