17:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sosial qayğıya ehtiyacı olanlara mənzillər və minik avtomobili təqdim olunmuşdur.
 
Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunmuş, 1 Çernobıl əlilinə isə "NAZ- Lifan 320" markalı minik avtomobili verilmişdir.
 
  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirmiş, onlara yeni mənzillərində rahat və firavan həyat arzulamış, mənzillərin orderlərini və avtomobilin açarını təqdim etmişdir.
Mənzillə təmin olunan Azərbaycan Vətən Müharibəsi iştirakçısı Nazim Cavadovun ailə üzvü Gözəl Cavadova demişdir: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu biz gündəlik həyatımızda hiss edirik. Vətənimzin müdafiəsi zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Muxtar respublikada yaradılan şəraitin nəticəsidir ki, çox rahat yaşayırıq. Ailəmizin mənzillə təmin olunacağını eşidəndə çox sevindik. Gözəl Cavadova bayram ərəfəsində onları gözəl şəraitli mənzillə təmin etdiyinə görə Ali Məclisin Sədrinə müharibə əlilləri və şəhid ailələri adından dərin minnətdarlığını bildirmiş, qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarını Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik etmişdir.
Mənzillə təmin olunmuş Əziz İbrahimov, Şahin Abdullayev və Sənan Rəhimov, eləcə də avtomobil təqdim edilən Sadiq Rzayev də ailə üzvləri adından minnətdarlıq etmişlər.
 
 
2 və 3 otaqlı tam təmirli mənzillər rayonun İbadulla və Dəmirçi kəndlərində, eləcə də Şərur şəhərində yerləşir. 4 mənzilin hər birində lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunmuşdur.
 
            21.12.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).