9:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası 2018-ci il dekabr ayının 27-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 
2. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi 
4. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
6. "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
7. "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
8. "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.
 
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 
 
Naxçıvan şəhəri, 24 dekabr 2018-ci il
 
                     25.12.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).