20:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm funksiyasının icrası təmin edilmişdir.
 
Müvəkkilin preventiv mexanizm funksiyasının icrası 2018-ci ildə də təmin edilmişdir. Belə ki, təsdiq edilmiş başçəkmə cədvəlinə uyğun olaraq ötən il ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmələr həyata keçirilmişdir.
2018-ci ilin dekabr ayı ərzində Preventiv qrup tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz, Babək və Ordubad rayon polis şöbələrində, Naxçıvan Şəhər Polis İdarəsində və onun 1 saylı polis bölməsində, Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsində, o cümlədən Müvəqqəti Saxlama Yerində, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin yetkinlik yaşına çatmayanlar, qadınlar və həbsxana bölmələrində, Naxçıvan Qarnizon Hauptvaxtında, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"ndə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad İnternat məktəbində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində növbəti başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu" əsasında təşkil olunmuş başçəkmələr zamanı saxlanılma şəraiti və rəftar məsələləri araşdırılmış, qanunvericiliyə uyğun olaraq saxlanılan və ya müalicə alan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyəti, habelə kameralara baxış, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv Qrup tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
 28/12/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).