8:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Şərq qapısı" qəzetində Ombudsmanın növbəti hüquqi maarifləndirici yazısı dərc olunub.
 
Sual: Əmək müqaviləsi hansı müddətə bağlanılır?
 
Cavab: Əmək müqaviləsinin məzmununu təşkil edən zəruri şərtlərdən biri də onun müddətidir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi qüvvədə olma müddətinə görə əmək müqaviləsinin iki növünü müddətli və müddətsiz növünü nəzərdə tutur. 
Müddətsiz əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən bağlanan əmək müqaviləsidir. Belə müqavilə bağlayaraq tərəflər onun qüvvədə olma müddəti barədə razılaşmırlar.
Müddətli əmək müqaviləsi isə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və tərəflərin razılaşdığı müddətə bağlanıla bilər. 
Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdikdə isə müddətsiz əmək müqaviləsi hesab edilir.
 
09/01/2019 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).