11:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

"Oğuz yurdu" qəzetində Ombudsmanın növbəti hüquqi maarifləndirici yazısı dərc olunub.
 
Sual: Mənzildə yaşayanların razılığı olmadan mənzilə daxil olmaq hansı hüquqi məsuliyyətə səbəb olur?
 
Cavab: Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu hüququn məzmunu ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 
Qanunvericiliyə əsasən, mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir.
Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma cinayət hesab olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. 
21/01/2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).