12:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Yeni həyat" qəzetində Ombudsmanın növbəti hüquqi maarifləndirici yazısı dərc olunub.
 
Sual: Səlahiyyətli vəzifəli şəxslər tərəfindən hansı intizam tənbeh tədbirləri tətbiq edilə bilər?
Cavab: İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir:
gətirilmə;
inzibati qaydada tutma;
şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama;
nəqliyyat vasitəsinə baxış;
əşyaları və sənədləri götürmə;
nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma;
sərxoşluq vəziyyətini müayinə etmə;
nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə.
İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilir.
 
28/01/2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).