9:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şahbuz Rayon Dövlət Arxivi üçün hərtərəfli iş şəraiti yaradılıb.
 
Muxtar respublikamızda arxiv işinin təşkilinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilmişdir. 
Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan şəraitlə tanış olmuşdur. 
 
 
Məlumat verilmişdir ki, Şahbuz Rayon Dövlət Arxivi üçün iş otağı və fond istifadəyə verilmiş, kompüter qoyulmuşdur.
Fondda havalandırma sistemi quraşdırılmışdır. Sənədlər ayrı-ayrı rəflərdə cəmləşdirilmiş, onların təsnifatı və arxiv fondu daxilində qruplaşdırılması işləri aparılmışdır. 
Ali Məclisin Sədri arxiv sənədlərindən düzgün istifadə və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
 
       31/01/2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).