13:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın növbəti hüquqi maarifləndirici yazısı "Oğuz səsi" qəzetində dərc olunub. 
 
Sual: Xidməti yaşayış sahələri kimlərə verilir?
Cavab: Qanunvericiliyə əsasən, xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.
Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir və özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
 
 31/01/2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).