3:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdirilir.
 
İnsan hüquqlarının müdafiəsi və bu sahədə həyata keçirilən hüquqi maarifləndirmə işi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. 
Ötən illərdə olduğu kimi 2019-cu ildə də Müvəkkil ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq fevralın 1-də Naxçıvan Qarnizon Hauptvaxtında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Riçard İsmayılov və Naxçıvan Qarnizon Hauptvaxtının əsgər və zabit heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Riçard İsmayılov açaraq Ombudsman təsisatı ilə birgə həyata keçirilmiş hüquqi maarifləndirilmə tədbirlərinin hərbi qulluqçuların maarifləndirilməsində, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulamış, hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırmışdır. 
Sonra tədbirdə Ombudsmanın əməkdaşı Abil Orucəliyev Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi olan Müvəkkil təsisatı, Müvəkkilin fəaliyyətnin əsas istiqamətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmləri sırasında dünyada ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Bu gün dünyada klassik Ombudsman modeli kimi tanınan qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır.
A.Orucəliyev çıxış edərək bildirmişdir ki, ötən dövr ərzində ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində bir sıra hüquqi islahatlar aparılmış, insan hüquq və azadlıqlarının daha effektiv müdafiəsinin təmin edilməsi məqsədilə yeni səmərəli hüquq müdafiə mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanunu qəbul edilmiş, 05 mart 2002-ci ildə isə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununun tətbiq edilməsi haqqında Fərman imzalanmışdır.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatlarının Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirildiyini diqqətə çatdıran A.Orucəliyev qeyd etmişdir ki, muxtar respublikada da insan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş, bu islahatların nəticəsi olaraq məhkəmədən kənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatı yaradılmışdır. 
Ombudsmanın əməkdaşı vurğulamışdır ki, insan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalamışdır. 
Məruzəçi əlavə etmişdir ki, 11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Bayramova Ülkər İmamqulu qızının Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) seçilməsi ilə Müvəkkil təsisatı fəaliyyət başlamışdır. 
Tədbirdə qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Qanunla müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa müvafiq olaraq Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir. O, işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
      02.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).