Naxçıvan Muxtar Respublikasının fəxri adların verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinirəhbərtutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə: Allahyarova Güllü Şuğeyib qızına Əliyeva Nurlana Sabir qızına Seyidova Aybəniz Novruz qızına - "Əməkdar müəllim" fəxri adı; Əhmədova Sahilə Əziz qızına - "Əməkdar dövlət qulluqçusu" fəxri adı; Əliyev Hikmət Hüseyn oğluna - "Əməkdar hüquqşünas" fəxri adı; Əliyeva Kəmalə Nəriman qızına - "Əməkdar jurnalist" fəxri adı; Hüseynov Nadir Məmməd oğluna - "Əməkdar mədəniyyət işçisi" fəxri adı; Hüseynova Bahar Qurban qızına - "Əməkdar tibb işçisi" fəxri adı; Xudiyeva Turac Qulam qızına - "Əməkdar həkim" fəxri adı; İsmayılov Ədalət Qadir oğluna - "Əməkdar rəssam" fəxri adı; Qurbanov Qəzənfər Novruz oğluna - "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı; Mirzəyev Aydın Ayrım oğluna - "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV Naxçıvan şəhəri, 8 fevral 2019-cu il 09.02.2019
|