4:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Dövlət qulluqçularının etik davranış qaydalarını rəhbər tutmaları günün tələbidir.
 
Naxçıvan MuxtarRespublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda seminar keçirilmişdir.
 
 
Qeyd edək ki, dövlət orqanlarının 32 nümayəndəsinin iştirakı ilə keçirilmiş seminarda Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Babək Hacıyev də iştirak etmişdir.
Seminarı komissiyanın sədri İsmayıl Qəribli giriş sözü ilə açaraq qeyd etmişdir ki, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılması və dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi məqsədilə 2007-ci il 31 may tarixdə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydalarına əməl olunmasına nəzarəti əsasnaməsinə uyğun olaraq həyata keçirir. Bugünkü seminarın məqsədi qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır. 
Bildirilib ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. 
Sonra komissiyanın şöbə müdiri Mahir Abbasov "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda çıxış etmişdir. 
Seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır. 
 
  09.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).