7:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirmə tədbirləri cari ildə də davam etdirilir. 
 
Ötən illərdə olduğu kimi 2019-cu ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə muxtar respublikanın aid dövlət qurumları arasında insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və əhalinin müxtəlif sosial qruplarının hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbirlər planları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq fevralın 12-də Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Sadiq Babayev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov, Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən danışmışdır.
Sonra Ombudsmanın əməkdaşı Vahidə Bayramova çıxış edərək Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqi və konstitusion əsasları barədə tədbir iştirakçılarına məlumat vermişdir. 
V.Bayramova qeyd etmişdir ki, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyət və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının 95 illik tarixi dövründə onun Azərbaycanın ayrılmaz hissəsinə çevrilməsində, ərazi bütövlüyünün qorunmasında, eləcə də təhlükəsizliyinin təmin edilməsində Naxçıvanın muxtariyyət statusunun xüsusi rolu olmuşdur.
Vurğulanmışdır ki, Naxçıvanın muxtariyyət statusunun əsası 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi ilə qoyulmuş, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi ilə bu status daha da möhkəmləndirilmiş və ərazisi, sərhədləri dəqiqləşdirilmişdir.
Moskva və Qars müqavilələrinin Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əvəzolunmaz rol oynadığını diqqətə çatdıran Ombudsmanın əməkdaşı bildirmişdir ki, Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını məhz Moskva, Qars kimi beynəlxalq müqavilələr reallaşdırmışdır. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.
Ötən dövr ərzində Naxçıvanın muxtariyyət yubileylərinin xalqımız tərəfindən təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdıran V.Bayramova vurğulamışdır ki, müstəqil Azərbaycanın tarixində Naxçıvan Muxtar Respublikasının yubileyinin keçirilməsi ilə bağlı ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu il fevral ayının 12-də fərman imzalanmışdır. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi haqqında olan bu fərman gələcək yubileylərin keçirilməsinə zəmin hazırlamış, muxtariyyət yubileylərinin keçirilməsi ənənəsini formalaşdırmışdır.
Məruzəçi əlavə etmişdir ki, 2019-cu ildə yaradılması Ümummilli lider Heydər Əliyev tərəfindən tarixi nailiyyət kimi qiymətləndirən Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 ili tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri tərəfindən 21 yanvar 2019-cu il tarixdə "Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" tarixi sənəd imzalanmışdır.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
       12.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).