13:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. 
 
Fevralın 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Sadiq Babayev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər tibb işçilərinin hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır.
Sonra Vahidə Bayramova tədbirdə insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi olan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının yaradılması, Müvəkkilin fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmləri sırasında dünyada bugün ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Bu gün dünyada klassik Ombudsman modeli kimi tanınan bu qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır.
Qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramın"da ilk dəfə insan hüquqları üzrə Müvəkkil institutunun təsis edilməsi nəzərdə tutulmuşdur. 
Ombudsmanın əməkdaşı bildirmişdir ki, 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanunu qəbul edilmiş, 05 mart 2002-ci ildə isə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununun tətbiq edilməsi haqqında Fərman imzalanmışdır. 
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatlarının muxtar respublikamızda da uğurla davam etdirildiyini diqqətə çatdıran V.Bayramova vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikasında da insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş və bu tədbirlərin davamı olaraq insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi olan Ombudsman təsisatı yaradılmışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalamışdır. 
Qeyd olunmuşdur ki, 11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikasınn Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təqdimatı əsasında Bayramova Ülkər İmamqulu qızının Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi ilə Müvəkkil təsisatı fəaliyyət başlamışdır. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
       12.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).