13:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi diqqət mərkəzindədir. 
 
Fevralın 13-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə Diviziyanın N saylı zastavasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Abil Orucəliyev, Rəşid Talıbov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Muxtar Ağayev və N saylı zastavanın çavuş və əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Muxtar Ağayev açaraq hərbi qulluqçuların hüquq və vəzifələri barədə danışmış, onların hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolu barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Sonra A. Orucəliyev tədbirdə çıxış edərək insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi olan Ombudsman təsisatı, Ombudsmanın fəaliyyətinin əsas istiqamətləri barədə danışmışdır. O, qeyd etmişdir ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanimzləri sırasında bugün dünyada ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Dünyada klassik Ombudsman modeli kimi tanınan bu qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır. 
"Ombudsmanı digər hüquq müdafiə mexanizmlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, o insanların maneəsiz, heç bir rüsum ödəmədən, bilavasitə və tez bir zamanda müraciə edə bildiyi, bürokratik maneələrdən uzaq olan, hüquq pozuntusuna qısa müddətdə reaksiya verən, şikayətlərə operativ baxan hüquq müdafiə mexanizmidir" deyə çıxış edən A.Orucəliyev bildirmişdir ki, insan hüquqlarının müdafiəsi sahəsində muxtar respublika üçün yeni qurum olan Müvəkkil təsisatı 2006-cı ildən etibarən fəaliyyətə başlamışdır. Belə ki, 20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanun qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Ali Məclisin Sədri tərəfindən "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalanmışdır. 
Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, 11 iyul 2006-cı il tarixdə keçirilmiş Ali Məclisin üçüncü çağırış üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkilinin (Ombudsmanın) seçilməsi ilə təsisat fəaliyyətə başlamışdır. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
 14.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).