11:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi günün əsas tələbidir. 
 
Fevralın 13-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Abil Orucəliyev, Rəşid Talıbov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Muxtar Ağayev və N saylı zastavanın çavuş və əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Muxtar Ağayev açaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə hərbi qulluqçuların hüquqi maarifləndirilməsinə dair bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin xüsusi önəm daşıdığını və hərbi qulluqçuların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsi, həmçinin hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərimizə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu bildirmişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev çıxış edərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələbləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq Azərbaycan xalqının bəyan etdiyi ülvi niyyətlər sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. 
Qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.
Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri isə dövlətlərarası müqavilə ilə müəyyən edilir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının dövlət sərhədi haqqında mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
      14.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).