13:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir. 
 
Fevralın 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə N saylı hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə, Sadiq Babayev Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı əməkdaşı Vüsal Abdullayev və hərbi hissələrin əsgər və çavuş heyəti iştirak etmişdir.
 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Vüsal Abdullayev açaraq hərbi qulluqçuların hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Sonra Mətin Quluzadə 95 illik yubileyini qeyd etdiyimiz Naxçıvanın muxtariyyət statusu, Naxçıvan Muxtar Respublikasının beynəlxalq hüquqi və konstitusion əsasları barədə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvanın muxtariyyət statusunun əsası ilk dəfə 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi ilə bu status daha da möhkəmləndirilmiş, ərazisi, sərhədləri dəqiqləşdirilmişdir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsinin 1924-cü ilin fevral ayına kimi uzadıldığını diqqətə çatdıran Ombudsmanın əməkdaşı vurğulamışdır ki, Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmiş, məhz bu müqavilələrlə Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verilmişdir. 
Naxçıvan Muxtar Respublikasının yubileyinin keçirilməsi ilə bağlı müstəqil Azərbaycanın tarixində ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu il fevral ayının 12-də fərman imzalanmışdır. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi haqqında olan bu fərman gələcək yubileylərin keçirilməsinə zəmin hazırlamış, muxtariyyət yubileylərinin keçirilməsi ənənəsini formalaşdırmışdır. 
Qeyd olunmuşdur ki, 2019-cu ildə Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 21 yanvar 2019-cu il tarixdə "Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" tarixi sənəd imzalanmışdır.
Məruzəçi bildirmişdir ki, 2019-cu ildə də 95 illik yubileyini qeyd etdiyimiz Naxçıvanda hüquqi dövlət quruculuğu daha da möhkəmlənəcək, sosial-iqtisadi sahələrdə inkişaf dinamikası sürətlənəcək, əhalinin rifah halı daha da yaxşılaşacaq və ən əsası 2019-cu il tariximizə daha bir yüksəliş və tərəqqi dövrü kimi yazılacaqdır.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
     22.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).