13:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.
 
Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
 
 
Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə etmiş, yeni vəzifəsində Qulamrza Süleymaniyə uğurlar arzulamışdır. Ali Məclisin Sədri ölkə prezidentləri arasındakı xoş münasibətin Azərbaycan-İran əlaqələrinin inkişafında mühüm amil olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri arasındakı iqtisadi və mədəni əlaqələrdən bəhs edən Ali Məclisin Sədri gömrük-keçid məntəqələrinin fəaliyyətini və gediş-gəlişin artmasını əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir. 
Ali Məclisin Sədri muxtar respublikanın iş adamlarının Maku Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrindən danışmış və səfərin əhəmiyyətini vurğulamışdır.
Qulamrza Süleymani İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbəri Morteza Bankın və Qərbi Azərbaycan Vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarinin salamlarını Ali Məclisin Sədrinə çatdırmışdır. Maku Azad Ticarət və Sənaye Zonasının fəaliyyətindən danışan Qulamrza Süleymani ikitərəfli əlaqələrə və Naxçıvan Muxtar Respublikasının inkişafına diqqət çəkmiş, əməkdaşlığın perspektivlərini qeyd etmişdir. 
Ali Məclisin Sədri İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbərinin və Qərbi Azərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür etmiş, onun da salamlarını Morteza Banka və Məhəmməd Mehdi Şəhriyariyə çatdırmağı xahiş etmişdir.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişdir.
 
       27.02.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).