4:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmlər 2019-cu ildə də uğurla davam etdirilir.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını həyata keçirir. Hər il Müvəkkilin preventiv mexanizm fəaliyyətinə dair iş planı və başçəkmələrə dair cədvəl təsdiq edilir.
Təsdiq edilmiş başçəkmələr cədvəlinə uyğun olaraq, cari ilin yanvar-fevral ayları ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad, Culfa, Şahbuz, Şərur, Kəngərli rayon polis şöbələrində və Müvəqqəti Saxlama Yerində, həmçinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, o cümlədən, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1, ciddi, qadınlar, yetkinlik yaşına çatmayanlar, həbsxana bölmələrində, habelə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"ndə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad İnternat məktəbində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu əsasında təşkil edilmiş başçəkmələr zamanı saxlanma və müalicə alma şəraiti, qidalanma, o cümlədən rəftar məsələləri araşdırılmış, saxlanılan və müalicə alan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
28.02.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).