8:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.
 
Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
 
 
Ali Məclisin Sədri Möhsün Nərimanı təbrik edərək ona yeni vəzifəsində uğurlar arzulamış, muxtar respublikanın iş adamlarının Araz Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrinə diqqəti çəkmişdir. Maku Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyətinin Naxçıvana səfərini xatırladan Ali Məclisin Sədri muxtar respublika ilə sərhəddə iki azad ticarət və sənaye zonasının, eləcə də gömrük-keçid məntəqələrinin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Ali Məclisin Sədri demişdir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən səfərlər, iqtisadi, mədəni, təhsil və energetika sahələrindəki əlaqələr, hər iki tərəfdən dövlət qurumlarının qarşılıqlı fəaliyyəti və Araz çayından səmərəli istifadə uğurlu əməkdaşlığın nəticəsidir.
Ali Məclisin Sədri əminliyini bildirmişdir ki, Araz Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyətinin muxtar respublikaya səfəri əlaqələrin inkişafı baxımından səmərəli olacaqdır.
Möhsün Nəriman Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnunluğunu ifadə etmiş, göstərilən xoş münasibətə görə minnətdarlıq etmişdir. Əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün imkanların və qarşılıqlı marağın olduğunu bildirən qonaq Araz Azad Ticarət və Sənaye Zonasının bu işdə rolunu vurğulamışdır. Möhsün Nəriman Şərqi Azərbaycan Vilayətinin valisi Məhəmmədrza Purməhəmmədinin salamlarını Ali Məclisin Sədrinə çatdırmışdır. 
Ali Məclisin Sədri ŞərqiAzərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür etmiş, onun da salamlarını Məhəmmədrza Purməhəmmədiyə çatdırmağı xahiş etmişdir. İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişdir.
 
05.03.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).