"Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1.Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində "Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti" publik hüquqi şəxsi yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Vasif TALIBOV Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhəri, 9 mart 2019-cu il 11.03.2019
|