11:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Dövlət sərhədləri Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. 
 
Martın 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev və N saylı zastavanın çavuş və əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xudaverdiyev açaraq hərbi qulluqçuların hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) rolundan danışmışdır.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev çıxış edərək Azərbaycan Respublikasının dövlət sərhədlərinin yaranıb formalaşmasının uzun bir tarixi-siyasi proseslərdən keçdiyini diqqətə çatdırmış, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələbləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. 
Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq Azərbaycan xalqının bəyan etdiyi ülvi niyyətlər sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. 
"Dövlət sərhədi dedikdə dövlətin ərazisinin hədlərini müəyyən edən xətt və həmin xətt üzərində yerləşən şaquli səth başa düşülür" deyə tədbir iştirakçılarına məlumat verən məruzəçi vurğulamışdır ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.
Ombudsmanın nümayəndəsi çıxışında Azərbaycan Respublikasının dövlət sərhədinin Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədlərinin isə dövlətlərarası müqavilələrlə müəyyən edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra məruzəçi mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
11.03.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).