16:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin Preventiv mexanizm funksiyasının icrasından irəli gələn vəzifələrlə bağlı tədbir keçirilib. 
 
Martın 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şərur rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Ombudsman aparatının əməkdaşı Mətin Quluzadə çıxış edərək Müvəkkilin Preventiv mexanizm funksiyasının icrasından irəli gələn vəzifələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. 
M.Quluzadə qeyd etmişdir ki, Müvəkkil təsisatı insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün yeni qurumdur. Mövcud qanunvericiliyə və praktikaya uyğun olaraq Müvəkkilin fəaliyyəti əsas insan hüquq və azadlıqlarının müdafiəsini və bərpasını təmin edən digər dövlət orqanlarının fəaliyyətini məhdudlaşdırmır və əvəz etmir. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məsələlər "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənir. 
Məruzəçi qeyd etmişdir ki, Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir.
Qeyd olunmuşdur ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizm funksiyalarından irəli gələn vəzifələrin səmərəli icra edilməsi məqsədilə Müvəkkil işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
       14.03.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).