23:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Şərurun səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual. Ailə kəndli təsərrüfatı hansı hallarda öz statusunu itirir və ləğv edilir?
Cavab. Qanunvericiliyin tələblərinə görə, ailə kəndli təsərrüfatı aşağıdakı hallarda öz statusunu itirir:
ailə kəndli təsərrüfatının illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tə rəfindən müəyyən edilən həddən çox olduqda;
ailə kəndli təsərrüfatı üzvləri bu təsərrüfatçılıq formasından könüllü imtina etdikdə;
sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.
Aşağıdakı hallarda isə ailə kəndli təsərrüfatı ləğv edilir:
ailə kəndli təsərrüfatının üzvlərindən və ya onların varislərindən heç kim qalmadıqda;
ailə kəndli təsərrüfatının istifadə etdiyi torpaq sahəsinə və digər əmlaka mülkiyyət və ya icarə hüququna xitam verildikdə.

    27.03.2019














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).