7:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilmişdir.
 
Müvəkkilin preventiv mexanizm funksiyalarının icrası ilə əlaqədar olaraq cari ilin mart ayı ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon polis şöbəsində, Naxçıvan Hava Nəqliyyatında polis şöbəsində, Naxçıvan şəhər polis idarəsində, Naxçıvan şəhər polis idarəsinin 1 nömrəli polis bölməsində, həmçinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, İstintaq Təcridxanasında, o cümlədən, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1, ciddi, qadınlar, yetkinlik yaşına çatmayanlar, həbsxana bölmələrində, habelə Naxçıvan Qarnizon Hauptvaxtında əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.
Başçəkmələr çərçivəsində saxlanma şəraiti və rəftar məsələləri araşdırılmış, bütün kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılmış, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
       29.03.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).