8:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Şərq qapısı" qəzetində növbəti hüquqi maarifləndirici yazısı dərc olunub.
 
Sual: Ailə kəndli təsərrüfatı nədir?
Cavab: Ailə kəndli təsərrüfatı ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi, mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.
Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər.
Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.
Ailə kəndli təsərrüfatının statusu onların uçotunu aparan orqan tərəfindən ailə üzvlərinə verilən sənədlə rəsmiləşdirilir.
Ailə kəndli təsərrüfatı onun üzvlərinin seçdiyi təsərrüfat başçısı tərəfindən idarə edilir.
 
 30.03.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).