16:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.
 
Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşmüşdür.
 
 
Ali Məclisin Sədri qonağı salamlamış, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq təhlükəsizliyinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri yerli istehsalın və ixracın həcminin artırılması sahəsində görülən işlərdən danışmışdır. Yaşayış məntəqələrinin sürətli internetlə və rabitə xidməti ilə təmin olunduğunu bildirən Ali Məclisin Sədri elm, nəqliyyat və təhsil müəssisələrinin fəaliyyətinə toxunmuş, turizm potensialını diqqətə çatdırmışdır.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Tacikistan arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu vurğulamış və səfərin əhəmiyyətini qeyd etmişdir. 
Səfir Rüstəm Soli səmimi görüşə görə minnətdarlıq etmiş, Naxçıvanda olmaqdan məmnunluq duyduğunu bildirmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki muzeyi ilə tanışlığın onda dərin təəssürat yaratdığını qeyd edən diplomat ölkələrimiz arasındakı əlaqələrin inkişafında ulu öndərin xidmətlərini xatırlatmış, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını vacib məsələ kimi dəyərləndirmişdir.   
 
 
 
  09.04.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).