"Arazın səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub. Sual: Ailə kəndli təsərrüfatının hansı hüquqları vardır? Cavab: Ailə kəndli təsərrüfatının aşağıdakı hüquqlar vardır: torpağı və digər əmlakı əsasında qanunvericiliyə uyğun olaraq müstəqil fəaliyyət göstərmək, əmlakının və əldə etdiyi faydanın istifadəsinə müstəqil sərəncam vermək; bank və digər kredit təşkilatlarında hesablar açmaq, kredit ittifaqlarının üzvü olmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada onların xidmətlərindən istifadə etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilərdən torpaq və əmlakı satin almaq və ya icarəyə götürmək; müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlardan və fondlardan müvafiq yardımlar almaq; müvafiq qanunvericiliyə uyğun birliklər yaratmaq və kooperasiya əlaqələri qurmaq: qanunvericiliklə müəyyən edilən əmək pensiyası ilə təmin olunmaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət sosial yardımlar almaq; qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmlakını sığorta etdirmək, dəymiş ziyanın və itkilərin əvəzini almaq; Ailə kəndli təsərrüfatı üzvlərinin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müdafiə olunur. 09.04.2019
|