"Oğuz səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub. Sual. Ailə kəndli təsərrüfatının vəzifələri hansılardır? Cavab. Ailə kəndli təsərrüfatının vəzifələri aşağıdakılardır: torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq səmərəli istifadə olunmasını təmin etmək: torpaqların münbitliyini təmin edən müvafiq aqrotexniki, iqtisadi və təşkilati tədbirləri həyata keçirmək; torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının tələblərinə riayət etmək; qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqlarını və digər ödənişləri vaxtında ödəmək; istehsal etdiyi məhsulların, gördüyü iş və xidmətlərin keyfiyyətinə dair sanitariya, ekoloji və digər tələblərə, standartlara əməl etmək: fəaliyyət göstərdiyi yaşayış məntəqəsinin müvafiq bələdiyyəsində uçota durmaq; müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin onların fəaliyyətinə aid qanunvericiliyə uyğun tələblərini yerinə yetirmək; öz fəaliyyəti haqqında qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə hesabatlar təqdim etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. 09.04.2019
|