0:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Yeni həyat" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual: Kənd təsərrüfatı təyinatlı torpaq vərəsələr arasında hansı qaydada bölüşdürülə bilər? 
Cavab: Məqsədli təyinatına və hüquqi rejiminə görə Azərbaycan Respublikasının torpaqları kateqoriyalara bölüşdürülmüşdür ki, bunların sırasında kənd təsərrüfatı təyinatlı torpaqlar da nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 
Kənd təsərrüfatı yerləşən topağın mülkiyyətçisi onu, yəni torpağı və onun üzərində yerləşən kəndli təsərrüfatını bir neçə vərəsəyə vəsiyyət edərsə və ya vəsiyyətnamə olmadıqda bir neçə qanun üzrə vərəsə olarsa, həmin miras əmlak ümumi qaydaya əsasən, vərəsələr arasında bölüşdürülə bilər. Lakin belə bölgüyə bu şərtlə yol verilə bilər ki, vərəsələrdən hər birinə keçən torpaq həyat qabiliyyətli təsərrüfatın fəaliyyəti üçün yararlı olsun, hər bir vərəsəyə düşən torpaq sahəsində nisbətən kiçik həcmli kəndli təsərrüfatı öz fəaliyyətini həyata keçirə bilsin.
Kəndli təsərrüfatı yerləşən torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq olduğundan öz təyinatı üzrə istifadə edilməli və kəndli təsərrüfatı fəaliyyətini davam etdirməlidir. Belə bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Vərəsələrdən, heç biri təsərrüfatla məşğul olmaq istəmədikdə, torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələrin razılaşmaları üzrə satıla bilər və vərəsələrin payları pul şəklində ödənilə bilər.
 
09.04.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).