16:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.
 
Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşüb.
 
 
Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə etmiş, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı tərəfindən muxtar respublikada həyata keçirilən layihələrin uğurlu olduğunu bildirmişdir. 2019-cu ilin Naxçıvanda "Ailə təsərrüfatları ili" elan olunduğunu və muxtar respublikada mindən artıq ailə təsərrüfatının fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri bu sahənin inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırmış, "Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi" tədbirin də ailə təsərrüfatlarına dəstək xarakteri daşıdığını qeyd etmişdir.
Ali Məclisin Sədri tədbirin təşəbbüskarlarına təşəkkür etmiş və əməkdaşlığın davam etdirilməsinin məmnunluqla qarşılandığını bildirmişdir. 
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, ötən il Naxçıvanda "Avropa şəhərciyi"nin açılışını məmnunluqla xatırlatmışdır. Naxçıvanda keçirilən "Kətə" festivalında iştirak edəcəklərini bildirən və bunu yüksək dəyərləndirən qonaq muxtar respublikada ailə təsərrüfatlarının inkişafını, festivalı və keçirəcəkləri tədbiri qadınların cəmiyyətdəki yerinin müəyyənləşdirilməsi işinə töhfə verdiyini bildirmişdir. 
 
 
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti təmsil etdiyi təşkilatla muxtar respublika arasındakı əlaqələrə diqqəti çəkmiş, mövcud əməkdaşlıq imkanlarını dəyərləndirmişdir.
 
        16.04.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).